“Neftin bahalaşması üçün OPEK və digər istehsalçılar birlikdə çalışmalıdır” – OPEK-in baş katibi

25.01.2016 - 17:34

opec“Neftin bahalaşması üçün OPEK və digər istehsalçılar birlikdə çalışmalıdır”.

Bunu OPEK Baş katibi Abdulla Səlim Bədri Londondan keçirilən konfransda deyib.

O, hazırkı situasiyanın gələcək üçün təhlükə yaratdığını bildirib:

“Neft hasilatının azaldılması həyati məsələdir. Əvvəlki böhranlara baxdığımız zaman hasilatın azalması ilə qiymətlərin yüksəlməsinin şahidi olmuşuq. Bu məsələni OPEK və digər istehsalçılar birgə işləməlidir. Düzdür, OPEK ötən il hasilatı bir miqdar artırıb, lakin neft çoxluğu qeyri-OPEK ölkələrinə görə baş verib. Qiymətlərin artması üçün bazarlar hasilatın azaldığını hiss etməlidir. Neft sektorunda təklif-tələb şərtinin bu il özünü düzəltməyə başlayacağına dair bəzi işartılar var. Hazırki situasiya gələcək üçün təhlükə yaradır. Mövcud qiymətlər gələcək investisiya layihələrinə uyğun deyil”.

Axar.az

Short URL: http://www.cumhuriyyet.net/?p=51053

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728