ABŞ-da həyəcan: Obama toplantı çağırdı

27.01.2016 - 10:37

obamaABŞ Prezidenti Barak Obama Zika virusu səbəbindən yaradılan səhiyyə və milli təhlükəsizlik komitəsinin iclasını keçirib.

Axar.az xəbər verir ki, prezident ağcaqanadlar vasitəsilə yayılan Zika virusu və bu virusdan qorunma yolları barədə məlumat alıb.

Ağ Evdən verilən bilgiyə görə, Obamaya virusun Qərb yarımkürəsində yayılmasının potensial iqtisadi təsiri haqqında məruzə edilib.

Xatırladaq ki, Dünya Sağlamlıq Təşkilatı Amerika qitəsində yayılan Zika virusu ilə bağlı xəbərdarlıq edib. İnfeksiyanın simptomları yüngül hərarət, başağrısıdır.

Virus artıq Qəraib ərazisində, Şimali və Cənubi Amerikanın 21 regionunda yayılıb. Virusa daha çox beyni yetərincə inkişaf etməmiş körpə uşaqlarda rast gəlinib. Hələ ki, virusun müalicəsi və ya vaksini tapılmayıb. Virusa ilk dəfə Afrikada rast gəlinib. 2015-ci ilin may ayında eyni xəstəliyə Braziliyada da təsadüf edilib. Hazırda virus Amerikada sürətlə yayılmaqda davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=51507

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728