Nemtsovun qətlinin sifarişçisi və təşkilatçısının adı açıqlandı – Rəsmi
Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlinin sifarişçisinin və təşkilatçısının adını açıqlayıb.
Avropa.info xəbər verir ki, bu şəxs “Şimal” çeçen batalyonunun döyüşçüsü Ruslan Mühiddinovdur. Onun işi ayrıca icraata götürülüb, özü beynəlxalq axtarışa verilib. Bu haqda istintaqın rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.
Bundan əlavə ittiham olunan daha beş nəfərin istintaqının yekunlaşdığı bildirilib. Yaxın zamanlarda istintaq materialları onlara təqdim olunacaq.
Xatırladaq ki, Nemtsov 2015-cilin 27 fevralında Kremlin yaxınlığında güllələnmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=51866