Kadırov Putinə qarşı: Qafqaz yenə qızışır

30.01.2016 - 10:35

rrÇeçenistan rəhbəri Ramzan Kadırovun hazırkı davranışı Putinlə münasibətlərini poza bilər. Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında ekspert Nikolay Svanidze söyləyib. Onun sözlərinə görə, Kadırov Putinin vassalıdır:
“Kadırov özünün rəhbərindən irəliyə doğru qaçır. Başçı heç kimi önə buraxmamalıdır. Kadırov isə buna məhəl qoymadan başçıya düşmənləri, onlarla necə mübarizə aparmaq qaydalarını söyləyir. Hazırkı şəraitdə əsas məsələ ölkənin iqtisadi vəziyyətinin dəyişməsindən gedir. Çeçenistan dotasiyalar hesabına yaşayan regiondur. İndi Kadırov ölkənin müxtəlif yerlərində aksiyalar keçirməklə göstərir ki, mənim arxamda güclü qüvvə var və buna görə də mənim pulumu kəsməyin. Kadırovun nizamlı ordusu var. Bu ordu şəxsən ona tabedir. Vassalımın vassalı mənim vassalım deyil. Yəni Putin bu orduya heç bir əmr verə bilməz. Kreml atacağı ilk səhv addım bu regionda qarışıqlığa səbəb olacaq”.
Qeyd edək ki, bundan öncə Kadırovun ölkənin müxalif kəsimi ilə bağlı çıxışı böyük etirazlara səbəb olub. Lakin aksiyalar təkcə Kadırov əleyhinə olmayıb. Məhz çeçen liderin ətrafının fəaliyyəti ilə Qroznı və Dağıstanın bir neçə şəhərində Kadırova dəstək aksiyası keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=52012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728