“Qazprom” Türkiyəyə ucuz qaz satmayacaq

30.01.2016 - 20:29

qazRusiyanın “Qazprom” şirkəti Türkiyənin bəzi şirkətlərinə ucuz qaz satmaqdan imtina edir.

AzVision.az xəbər verir ki, artıq 6 özəl Türk şirkətinə 10.25 faizlik güzəştin ləğv olunacağı ilə bağlı bildiriş daxil olub. “Qazprom”la əməkdaşlıq edən 6 Türk şirkəti o cümlədən Enerko Enerji, Bosforuz Qaz, Avrasiya Qaz, Şel, Batı Hattı və Kibar Enerji 2012-ci ildə bağlanmış müqaviləyə əsasən hər il Rusiyadan 10 milyard kub metr qaz idxal edir.

Qeyd edək ki, 2015-ci ilin ilk rübündə “Qazprom” Türk şirkətlərinə satdığı təbii qazın hər 1000 kubmetrini 374 dollardan 300 dollara salmağa razılaşıb. İkinci rübdə isə qiymət daha aşağı 260 dollara salınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=52102

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728