Rusiyanın qırıcı təyyarəsi Amerika təyyarəsinin 5 metrliyində olub

30.01.2016 - 20:40

qirici2ABŞ hərbi qüvvələrinin rəsmiləri Rusiyanın qırıcı təyyarəsinin Amerikanın kəşfiyyat təyyarəsinin 5 metr yaxınlığından keçdiyini bildirərək, bunu təhlükəli insident adlandırıb.

Müdafiə nazirliyinin sözçüsü, ordunun leytenant polkovniki Mişel Baldanza ABŞ hərbi hava qüvvələrinin təyyarəsinin Qara dəniz üzərində uçduğu zaman Rusiya təyyarəsinin pilotunun “təhlükəli və qeyri-peşəkar” rəftarı ilə qarşılaşdığını deyib.

O, ABŞ hərbi qüvvələrinin insidenti araşdırdığını bildirib.

Müdafiə nazirinin rəsmiəri Amerika mediasına bildirib ki, sağ tərəfdən ABŞ-ın kəşfiyyat təyyarəsinə yaxınlaşan Rusiyanın qırıcı təyyarəsi qəfil sağa əyilərək ABŞ təyyarəsinin idarə olunması üçün təhlükə yaradıb.

Bu, aprel ayında Baltik dənizi üzərində baş vermiş insidentə bənzər hadisədir. Pentaqon Rusiyanın döyüş təyyatəsinin ABŞ-ın kəşfiyyat təyyarəsinin qarşısına çıxaraq silah nümayiş etdirdiyini bildirib. Moskva təyyarənin pilotunun yanlışlığa yol verdiyini rədd edib (“Amerikanın səsi”).

Short URL: http://www.cumhuriyyet.net/?p=52106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728