Türkiyədə Narıncı həyəcan: Rus qırıcılarını vurmaq əmri verildi

31.01.2016 - 00:30

rrTürkiyə Hərbi Hava Qüvvələri hava sərhədinin növbəti dəfə pozulacağı təqdirdə pilotlara vurmaq əmri verib. Axar.az xəbər verir ki, ötən gün Rusiya təyyarəsinin Türkiyə sərhədini pozması Ankaranı belə addım atmağa vadar edib.
Hərbi Hava Qüvvələri Komandanlığından Amasya, Ankara, Balıkəsir, Diyarbəkir və Malatyada yerləşən əsas reaktiv bazalarına “Hər an hər şeyə hazırlıqlı olun” mesajı verilib. Türkiyənin belə qərarı “Narıncı həyəcan” kimi dəyərləndirilir. Diyarbəkirdə yerləşən 8-ci Əsas Təyyarə Bazasının pilotlarına sərhəd pozuntusunun olacağı təqdirdə əmr gözləmədən vurmaq səlahiyyəti verilib.
Qeyd edək ki, dünən baş verən insidentlə bağlı Diyarbəkir hərbi bazasına F-16 hərbi təyyarəsi göndərilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=52153

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728