Türkiyədə PKK-ya ağır zərbə: çox sayda terrorçu öldürülüb və…
Türkiyənin iki vilayətində keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatına ağır zərbələr vurulub. ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları Şırnak vilayətinin Cizrə şəhərində və Diyarbəkir vilayətinin Sur şəhərində həyata keçirilib. Hər iki şəhərdə son bir neçə həftədir PKK terror təşkilatına qarşı əməliyyatlar keçirilir. Şəhərləri ələ keçirən terrorçular dinc sakinləri girov kimi götürüblər.
Türkiyə Silahlı Qüvvələrindən Cizrədəki terror hücumundan sonra çıxan qarşıdurmada ölü ələ keçirilən terroçu sayının 5 olduğu bildirilib. Türkiyə hərbçiləri bu şəhərdə şəhid olmuş polislərin intiqamının alındığını bildirblər.
Diyarbəkirin Sur şəhərində isə PKK-nın təhlükəsizlik güclərinə qarşı başladığı hücumdan sonra terror təşkilatının 3 nöqtədə saxladığı sursat və silahlar ələ keçirilib. Ələ keçənlər arasında uzunlüləli silahlar, qumbaraatanlar və bomba qurğuları olub.
PKK – Kürdüstan Fəhlə Partiyası Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış terror təşkilatı. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamışdır.
Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən “terrorçu təşkilatlar” siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri “PKK döyüşçüləri” və ya “kürd separatçıları” ifadələrini işlədirlər.
PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=52213