Rusiya ən müasir təyyarələrini Suriyaya göndərdi
Rusiya Suriyaya yeni SU-35C qırıcılarını göndərib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzet Rusiya Baş Qərargahının bu təyyarələri ilk dəfə Suriyada döyüş şəraitində sınaqdan çıxarmaq istədiyini bildirib.
Hazırda Latakiyada yerləşən Xmeynim bazasına 4 Su-35C qırıcısı göndərilib. Qırıcılar Suriyaya çatmaq üçün Xəzər dənizi üzərindən keçməklə İran və İraqın hava məkanından istifadə ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=52220