Rusiya XİN: “Türkiyə sərhədinin pozulması…”
Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov Türkiyə sərhədinin növbəti dəfə pozulması barədə yayılan iddiaların Vyana danışıqlarına təsir etməyəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, nazir müavini yayılan xəbərlərin əsassız olduğunu və Suriya böhranının həlli üçün planlaşdırılan Vyana danışıqlarında Türkiyənin də iştirak edəcəyini bildirib.
Xatırladaq ki, Avstriya paytaxtında baş tutacaq görüşdə Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Qətər, Livan, Fransa, İngiltərə və Almaniya xarici işlər nazirləri iştirak edəcək. Sonuncu danışıqlar dekabrın 25-də Nyu Yorkda baş tutmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=52320