Qırğızlar dollar kreditini köhnə məzənnə ilə ödəyəcək – QƏRAR

01.02.2016 - 14:12

qirqizQırğızıstan əhalisinin dollarda olan ipoteka kreditləri milli valyutaya çevriləcək.

Rəsmi məlumatlara görə, ötən il Qırğızıstanın milli pul vahidi qırğız somı aparıcı dünya valyutalarına nisbətən təxminən 29% ucuzlaşıb.

Qırğızıstan sakinlərinin dollarda götürdükləri ipoteka kreditlərinin yenidən hesablanacaq. Bu barədə müvafiq sərəncamı respublika hökumətinin başçısı Temir Sariyev imzalayıb. Marja.az xəbər verir ki, məlumatı baş nazirinin mətbuat katibi Nəzirə Əhmədova bildirib.

“Baş nazirin sərəncamı bu gündən qüvvəyə minir. Onun icrası ilə bağlı bütün xərclər dövlət büdcəsinin hesabına kompensasiya ediləcək”, – Əhmədov bildirib.

Kreditlər 1$ = 62,14 som məzənnəsi ilə yenidən hesablanacaq, halbuki bu gün Qırğızıstanda dolların rəsmi məzənnəsi təxminən 76 som təşkil edir.

Fərq 574 milyon som (7,6 mln. dollar) büdcə vəsaiti hesabına ödəniləcəkdir. Yenilik yalnız o şəxslərə şamil edilir ki, maksimum 40 min dollaradək kredit götürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=52334

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728