MÜHARİBƏ: Türkiyə Qızıldağda Rusiya və Əsəd əsgərlərini top atəşinə tutdu
Türkiyə Silahlı Qüvvələrinə məxsus topçu batareyaları Suriyanın türkmən bölgəsində yerləşən Qızıldağdakı Rusiya və Əsəd rejiminə aid mövqeləri vurub. Avropa.info xəbər verir ki, Suriyanın Lazkiyə şəhəri kəndində yerləşən Türkmən Dağında qarşıdurmalar davam edərkən Türkiyə ordusu Qızıldağda yerləşən Murtuzlu Təpəsini və ətrafını vurub.
Türkiyə mətbuatının verdiyi məlumata görə, dünən səhər saatlarında türkmən müxaliflərin başlatdığı əks hücuma dəstək mahiyyəti daşıyır.
Suriyada rejimə aid informasiya vasitələrinin yaydığı məlumata görə, türk toplarının atəşi nəticəsində ən azı 5 Əsəd əsgəri yaralanıb.
Qeyd edək ki, 3 aydır ki, Rusiya təyyarələrinin müşayəti ilə İran-Hizbullah- Əsəd əsgərləri türkmənlərin yaşadığı bölgəyə intensiv hücum təşkil edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=52452