Ərdoğan məğlub olmaqdansa… – ŞOK PROQNOZ

02.02.2016 - 09:52

erdoqan2“Ərdoğan Suriyaya müdaxilə edə bilər”.

Publika.az xəbər verir ki, bu iddia ilə ““The İndependent” qəzetinin Yaxın Şərq üzrə ixtisaslaşan müxbiri Patrik Kokbörn çıxış edib.

Suriyadakı tarazlığın Əsədin lehinə dəyişdiyini, kürdlərin isə Türkiyə sərhədini ələ keçirmək üzrə olduğunu yazan müxbir heasab edir ki, prezident Rəcəb Tayyib Ərdoğan məğlub olmaqdansa, müdaxiləni seçə bilər.

Onun sözlərinə görə, Su-24 təyyarəsinin vurulmasından bir ay əvvəl – 2015-ci ilin oktyabr ayında Rusiya hərbi kəşfiyyatı prezident Vladimir Putini Türkiyə ilə bağlı xəbərdar edib. Lakin Putin bu xəbərdarlığı diqqətə almayıb.

“Koreya müharibəsindən bu yana ilk dəfə bir rus döyüş təyyarəsi NATO-ya bağlı hərbi güc tərəfindən vuruldu. Bu hadisə əhəmiyyətli idi. Çünki, hadisə Türkiyənin Suriyada mövqeyini qorumaq üçün nə qədər irəli gedə biləcəyini göstərdi. Qarşıdakı bir neçə ay ərzində baş verəcək hadisələr Suriyada uzunmüddətli qalibin kim olacağını müəyyənləşdirəcək. Bəşər Əsədin gücləri rus çətiri altında bir neçə cəbhədə irəliləyib. Rəcəb Tayyib Ərdoğanın Əsədin devrilməsi ilə bağlı planı isə məğlubiyyətlə üz-üzədir”, – xəbərdə deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=52467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728