İran Türkiyəyə uduzdu – Məhkəmə
Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin BOTAŞ şirkətinin İrandan aldığı qaza 10-15% endirim edilməsi ilə bağlı qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə İranın Neft nazirinin müavini Həmid Rza Araqi məlumat verib.
Onun sözlərinə görə, məhkəmənin qərarına əsasən, 2011-ci ildən bu günə qədər BOTAŞ-a satılan qazın qiyməti 10-15% endirimlə hesablanacaq.
Xatırladaq ki, Türkiyə 35% endirim tələbi ilə məhkəməyə müraciət etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=52573