İran rəsmisi: “Şərq ölkələriylə bağları güclü tutulacaq”

02.02.2016 - 14:49

iran5“Dini rəhbərin ( Xameneyi nəzərdə tutulur) Şərqə baxış strategiyasına sadiq qalacağıq”

Strateq.az xəbər verir ki, bu vədi Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vəlayəti verib.

Vəlayəti Rusiyanın paytaxtı Moskvada keçirdiyi mətbuat konfransında səfər zamanı ən yüksək səviyyəli rus yetkililərlə görüşəcəyini də gizlətməyib.

Rusiya Strateji Araşdırma İnstitutu sədrinin dəvətiylə “Tehran və Moskvanın yeni geopolitik şərtlər daxilində əməkdaşlığı” adlı konfransda iştirak etmək üçün Rusiyaya gəldiyini bildirən Vəlayəti son günlər İran ilə Qərb arasında güclənən əlaqələrə baxmayaraq, Şərq ölkələriylə də bağları güclü tutulacaqlarını deyib.

İranın Rusiya ilə nüvə və müdafiə başda olmaqla, müxtəlif sahələrdə ikitərəfli əlaqələrini “unikal” olaraq qiymətləndirən Vəlayətinin fikrincə, “xüsusilə regional əməkdaşlığı inkişaf etdirməyin göstəricilərindən biri də İran, Rusiya, Suriya və İraq tərəfindən yaradılan koalisyondur”.

Vəlayəti, iki ölkə arasındakı əlaqələrin strateji təməlləri olduğunu və hər gün daha çox inkişaf etdiyini vurğularaq, Rusiya dövlət başçısı Vladimir Putinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəklədiyini də xatırladıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani keçən həftə İtaliya və Fransanı əhatə edən Avropa turuna çıxmışdı. O, İtaliya və Fransada apardığı danışıqlarda milyard dollarlıq razılaşmalara imza atmış, ancaq bu razılaşmalar ölkədəki bəzi mühafizəkarlar tərəfindən tənqid olunmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=52583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728