Ermənilər Türkiyəni partladacaq – “Bahar planı” barədə ŞOK HESABAT

09.02.2016 - 12:22

yanqinTürkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatı (MİT) Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C), Marksist-Leninçi Kommunist Partiyası (MLKP), TİKKO və İnqilabçı Qərargah terror təşkilatlarının qanlı planlarını ifşa edib.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, terror təşkilatları Qəndildə PKK ilə görüşərək yazda böyük səs-küy gətirəcək terror aktlarının həyata keçirilməsi barədə razılaşıblar.

MİT və Türkiyə Milli Kəşfiyyat İdarəsi planlaşdırılan terror aktları barədə hesabat hazırlayaraq Daxili İşlər Nazirliyinə təqdim edib. Məlumata görə, DHKP-C, MLKP, TİKKO, PKK və İnqilabçı Qərargah terror təşkilatlarının nümayəndələri yanvarın 15-də Qəndildə görüşüb. Görüşdə PKK-nın Türkiyənin qərb vilayətlərinə göndərdiyi “fədai taqımları” ilə terror təşkilatlarının “ortaq strategiya” həyata keçirilməsi razılaşdırılıb. Böyük vilayətlərdə partlayıcı yüklü avtomobillərdən istifadə edilməsi mövzusunda razılıq əldə olunub.

Hesabata görə, “terror ittifaqı” Diyarbəkr, Şırnak, Hakkari, Batman, Sirt, Mardin, Muş və Ağrı vilayətlərində mart ayının ilk həftəsindən başlayaraq terror aktları həyata keçirməyi planlaşdırır. Məqsəd sözügedən ərazilərdə “azad edilmiş” bölgəni elan etməkdir.

Qeyd edək ki, “terror ittifaqı”nda yer alan TİKKO erməni terror təşkilatı kimi tanınır.

Short URL: http://www.cumhuriyyet.net/?p=52784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728