Ermənistan Bəşər Əsəd ordusunda döyüşmək üçün Suriyaya əsgər göndərir – Video, Fotofakt
Erməni ictimaiyyəti Ermənistanın Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən müxaliflərin hədəfi ola biləcəyindən narahatdır. Avropa.info xəbər verir ki, son zamanlar Ermənistan gündəmində olan, lakin rəsmilərin inkar etdiyi – Suriyada müxaliflərə qarşı döyüşən ermənilərin olması xəbəri öz təsdiqini tapdı. Belə ki, sosial şəbəkələrdə erməni yaraqlılarının Suriya əsgərləri ilə fotoşəkilləri yayılıb.
Fotoşəkillərdə silahlıların erməni və Suriya bayraqlarını nümayiş etdirməsinə və maşınlarda Suriya bayraqları ilə döyüşə gedən ermənilərə yazılan rəylər sosial şəbəkə istifadəçilərinin bəzilərində maraq doğursa da, bir çoxunu təşvişə salıb. Belə ki, şərhçilərdən bəziləri onları alqışlayaraq erməni gənclərini Suriyaya gələrək Kassab ermənilərini müdafiə etməyə, çağırıb, bəzi şərhçilər isə erməni yaraqlılarını qınayaraq Ermənistanı yeni bəlaya sürükləməkdə ittiham ediblər.
Rəylərdə Suriya vətəndaşları olan Zabel Qevorqi Torosyan, Ohanesi Kalbank Xetimyan, Qaraqin Bogaryan, Salim Sarqi Andraniki, Maniel Hovhanesi Keşişyan, Levon Avetis Ketencyan, Harutyun Krikuri Kicaryanın Suriyadan Ermənistana tez-tez səfər etdikləri bildirilir. Bu şəxslərin maddi cəhətdən imkansız gənclərin Suriyada müxaliflərə qarşı vuruşmağını təşkil edənlər olduğu bildirilir.
Ermənistan kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış bu xəbər, erməni müxalifətinin narahatçılığına səbən olub. Belə ki, onlar Suriyada müxaliflər əleyhinə döyüşən silahlıların ölkəyə qayıdarlarsa potensial təhlükə mənbəyinə çevriləcəyindən ehtiyyat edirlər. Həmçinin, Lragir.am internet nəşrinin siyasi icmalçısı Hakob Badalyan rəsmi İrəvanı Ermənistanın hədəfə çevirilməsinin qarşısını almağa çağırıb.
Qeyd edək ki, Suriyada hökümət qüvvələrinin nəzarətində olan ərazilərdə hazırda 5 minə qədər erməni ailəsi yaşamaqda davam edir. Ermənistana sığınmaq istəyən Suriya erməniləri Dağlıq Qarabağda məskunlaşmaqdan narazıdırlar. Belə ki, onlar yenidən döyüş ərazisində yaşamaqdansa, Suriyada öz torpaqlarında yaşamağı üstün tuturlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=52890