PKK “ilan”ına qarşı Türk “Kirpi”si

09.02.2016 - 23:57

rrTürkiyə ordusu PKK terrorçularına qarşı dağlıq ərazilərdə yüksək manevr imkanlarına malik olan və minalı ərazilərdə daha təhlükəsiz hərəkət edən “Kirpi” hərbi maşınlarından geniş istifadə edəcək.
Publika.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə “British Motor Corporation” (BMC) tərəfindən ölkədə istehsal edilən bu hərbi texnika dağlıq və minalı ərazilərdə hərbçilərin təhlükəsizliyi üçün tam əlverişlidir. Belə ki, “Kirpi” tank əleyhinə minaların üzərindən keçdikdə və qəfil silahlı pusquya düşdükdə belə, içərisində daşıdığı canlı qüvvə sağ qalmış olur. Hazırda (4×4) və (6×6) növlərində istehsal edilən “Kirpi”nin ağırlığı 16 və 20 ton təşkil edir. Hərbi texnika içərisində 13 nəfər canlı qüvvəni təhlükəsiz olaraq daşıya bilir. Əgər bu texnikanın aşağı hissəsində hər hansı bomba partlayarsa, o zaman hərbi maşının altındakı güclü polad zireh təhlükənin qarşısını minimuma endirir.
Xatırladaq ki, Cənubi Afrika istehsalı olan “Matador” və “Marauder” adlanan oxşar zirehli hərbi texnika Azərbaycan Silahlı Qüvvələri üçün “Bəbir” kod adı ilə hazırlanır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52900

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930