Sarkisyan prokurorluqda dindiriləcək

10.02.2016 - 01:46

rrHelsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts Ermənistanın Baş Prokurorluğuna müraciət edərək 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktına dair iş üzrə prezident Serj Sarkisyanın dindirilməsini tələb edib.
Ötən gün “Respublika” partiyasının rəhbəri Aram Sarqsyan yerli telekanalların efirində 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktını şərh edərkən bildirib ki, Serj Sarkisyan vaxtilə ona qeyd olunan cinayətin təşkilatçısının kim olduğunu nə vaxtsa açıqlayacağını etiraf edib. Artur Sakuntsun sözlərinə görə, Serj Sarkisyan nəticəsiz qala bilməyən çox mühüm faktı qeyd edib.
“Bu bəyanata əsasən, dövlətin əsas rəsmi yüksəkvəzifəli şəxsi cinayət barədə məlumatı gizlədib, bu isə cinayət məsuliyyətinə cəlb etmək üçün əsas verir. Bu, iş üzrə yeni faktın üzə çıxmasıdır və baş prokuror bu bəyanatın araşdırılmasına və Serj Sarkisyanın dərhal dindirilməsinə dair Milli Təhlükəsizlik Xidmətinə göstəriş verməyə borcludur. Bundan başqa, məsələ ilə bağlı parlamentdə xüsusi toplantı çağırılmalıdır və Serj Sarkisyan parlament qarşısında izahat verməlidir”, deyə Artur Sakunts bildirib.
Qeyd edək ki, Serj Sarkisyanın dindirilməsinə dair tələb Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri adından artıq Ermənistanın Baş Prokurorluğuna göndərilib.
1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinin binasına daxil olaraq baş nazir Vazgen Sarkisyanı, spiker Karen Dəmirçyanı, iki vitsü-spikeri, operativ məsələlər üzrə naziri və üç deputatı qətlə yetiriblər. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=52928

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728