Osmanlı Sultanı haqda bilinməyən – 10 fakt

11.02.2016 - 10:21

abdulhamidSultan II Əbdülhəmid Osmanlı tarixində haqqında ən çox danışılan və ən çox kitab yazılan imperatorlardandır. 1842-ci ildə doğulan Sultan Həmid 33 il hakimiyyəti dövründə Osmanlı tarixində böyük dəyişikliklərə səbəb olan qərarlara imza atıb.

Axar.az türk mətbuatına istinadən Osmanlı padşahının vəfatının 98-ci ilində onunla bağlı bu günə qədər heç yerdə yayımlanmamış 10 məlumatı təqdim edir:

1. Sultan II Əbdülhəmidin ədəbiyyata böyük sevgisi var idi. Dövründə yazılan bütün detektiv kitabları tərcümə etdirərək hər gecə oxuyurdu.

2. Siqaret asılılığı vardı və qəhvəni çox sevirdi. Siqaretdən o dərəcədə asılı idi ki, sürgünə göndərilərkən qızları ataları üçün xeyli siqaret aparmışdılar.

3. İlk rakı və pivə fabriki onun dövründə açılıb.

4. Şerlok Holmsun bütün macəralarını Osmanlı türkcəsinə tərcümə etdirib. Onun minlərlə kitabdan ibarət detektiv roman kolleksiyası var idi.

5. Sarayda dülgər emalatxanası açmışdı. Dövlət işlərindən bezdiyi zaman bu hobbisi ilə məşğul olmağı sevirdi.

6. Erməni üsyanlarını sərt şəkildə yatırdığı üçün Qərbdə Qızıl Sultan adlandırılırdı.

7. Üsyanları qanlı şəkildə yatırdarkən öz müxaliflərinə sürgün cəzası verib. Onun dövründə cəmi 5 nəfər edam cəzasına məhkum edilib.

8. Vanda özünə mədrəsə açmaq üçün layihə təqdim edən Said-i Nursini (hazırda nurçular onun davamçısıdır) dəlixanaya yerləşdirmişdi.

9. Latın hərflərinə keçməyi düşünürdü və latın hərflərinə keçməyi məsləhət görən şəxsi mükafatlandırmışdı.

10. Sultan II Əbdülhəmid klassik musiqiyə böyük üstünlük verirdi. Buna görə də övladlarını klassik musiqi alətində ifa etməyi öyrənməyə çağırır, onlara dərs keçdirirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=53157

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728