Putinin satışa çıxarılmış gülləkeçirməz maşını – FOTOLAR

12.02.2016 - 12:51

masin22012-ci ildə məxsusi olaraq Rusiya prezidenti Vladimir Putin üçün hazırlanan limuzin satışa çıxarılıb. 

anspress–in məlumatına görə, maşını almaq istəyən 1,2 milyon dollar ödəməli olacaq.

Avtomobilin satılması barədə müvafiq elan nadir kolleksiya avtomobillərinin satışı ilə məşğul olan saytda dərc olunub. Putinin istifadə etdiyi “ZİL- 4112R” limuzinin yürüşü 143 kilometrdir. Maşın elektrik şüşəqaldırıcı, bar, soyuducu, monitor və iqlimə nəzarət sistemi ilə təchiz olunub. Avtomobilin mühərriki injektorla çalışır, təkərləri 18 düym təşkil edir. 3,5 ton çəkiyə malik maşın gülləkeçirməzdir.

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında “İzvestiya” qəzeti Rusiya prezidenti Vladimir Putinin ilk şəxslər üçün nəzərdə tutulan “ZİL- 4112R” limuzini yararsız hesab edib. Nəşrin məlumatına görə, dövlət başçısı maşını yoxladıqdan sonra orada bir sıra nöqsanlar tapıb. Lakin sonradan Kremlin mətbuat xidməti bu məlumatı təkzib edib.

Dövlətin ilk şəxslər üçün avtomobillər “Kortej” layihəsi çərçivəsində hazırlanır. Rusiyanın “AMO ZİL” zavodu ilk şəxslər üçün nəzərdə tutulmuş limuzinlərlə yanaşı sedan tipli avtomobillər də istehsal edir.

Yaxın zamanlarda Vladimir Putin üçün nəzərdə tutulan yeni limuzinin hazırlanması yekunlaşır. Rusların dünyanın ən etibarlı limuzini adlandırdığı avtomobil 800 at gücündə mühərriklə 6 ton çəkiyə malik olacaq. Limuzinin xarici görünüşü isə “Rolls Royce”a bənzəyəcək. Layihə üçün ilkin olaraq 50 milyon rubl (990 000 manat) maliyə müəyyən edilib. 2018-ci ildə istehsal ediləcək limuzinin ilk buraxılışı Rusiya prezidenti Vladimir Putin üçün sifariş edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53362

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930