Türkiyə Silahlı Qüvvələrindən PYD-yə daha bir zərbə

14.02.2016 - 21:46

azezTürkiyə Silahlı Qüvvələri (TSK) növbəti dəfə PYD/PKK terror təşkilatının Suriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib. Bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, ərazidə atəş səsləri eşidilir. PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən də PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.
Eyni zamanda Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə tələb səsləndirib. Onun sözlərinə görə, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır.
“Onlar, həmçinin, humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, “Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir”- deyə, Davudoğlu bildirib.
Bu gün isə terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb.
“Reuters”in xəbərinə görə, Müslim “suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini” bildirib.
“RİA Novosti”nin məlumatına görə isə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Suriyadakı son vəziyyəti müzakirə ediblər.
Telefon danışığında Putin Obamaya terrora qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib.
Həmçinin, prezidentlərin Münhen Təhlükəsizlik Konfransında Suriya ilə bağlı qəbul edilmiş qərarların həyata keçirilməsi ilə bağlı həmfikir olduqları qeyd edilib. /APA/

Short URL: http://www.cumhuriyyet.net/?p=53508

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728