Mübariz Mənsimov Türkiyəni tərk edir?

14.02.2016 - 21:50

mubariz-mensimovDeyirlər ki, mən Türkiyəni tərk edib Rusiyaya gedəcəm. Bu, doğru deyil. Mənim Rusiyadakı şirkətim 20 ildir fəaliyyət göstərir. Həmin şirkət tamamilə rus qaydaları ilə qurulub.

Cümhuriyyət.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Mübariz Mənsimov bildirib ki, dənizçilikdə tonnaj gücünü 3 milyon tondan 5 milyon tonadək yüksəldəcəklər.

Rusiya-Türkiyə arasında yaşanan gərgin münasibətlərdən sonra işlərində az da olsa durğunluq yaşadığını qeyd edən Mübariz Mənsimov, baş verən böhranın onun işlərinin tamamilə sona çatdırması haqqında gəzən məlumatların yanlış olduğunu vurğulayıb:

“Rusiyadakı şirkətlər hər ay hökümətə vergi ödəyir. Oradakı işlərim davam edir. Mən Azərbaycan türküyəm, Türkiyədən getmək fikrim də yoxdur”.

Malta, Azərbaycan və Rusiyada şirkətlərə sahib olduğunu deyən azərbaycanlı neftin qiymətinin kəskin azalmasından da danışıb. Əsas işi neft nəqli olan Mübariz Qurbanoğlu neftin qiymətinin düşməsinin onun biznesinə müsbət təsir etdiyini də vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=53511

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728