Türkiyə üçün son imkan – Putin sünni ittifaqına şərtlərini diktə edir

14.02.2016 - 21:58

esed-putinDünya dövlətləri Münhendə Suriyada döyüş əməliyyatlarının dayandırılması və mühasirəyə alınmış şəhərlərə humanitar yardımların çatdırılması mövzusunda razılaşdılar.

Publika.az “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu pauza faktiki olaraq status-kvonu möhkəmlədir.

Nəşr qeyd edir ki, bu vəziyyət Rusiya və Bəşər Əsəd üçün əlverişlidir. Amma bildirilir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən dəstəklənən mötədil müxalifətin Kreml və Əsədin şərtlərini qəbul edəcəyi inandırıcı deyil.

“Hələbdə onların qələbəsi müharibənin sonu deyil. Bu, yeni müharibənin başlanğıcıdır. İndi hər şey qarışacaq”, – “The Financial Times”ə açıqlamasında Tunisin keçmiş prezidenti Monsef Marzuki qeyd edib.

ABŞ-ın dövlət katibi Con Kerri bütün tərəflərin üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inanmır.

“Bəşər Əsədin qəddarlığı və diktator ambisiyaları, həmçinin onun əsas müttəfiqi Rusiya prezidenti Vladimir Putinin ikiüzlü hərəkətlərini nəzərə alaraq bu böyük məsələdir. Amma əldə olunan atəşkəs razılaşmasını alqışlamaq lazımdır. “Suriya bataqlığı” haqqında ABŞ-ın proqnozlarının əksinə olaraq, Rusiya fevral ayındakı Hələb hücumu ilə strateji qələbələrə nail olub. Bu beşillik müharibəyə son qoymaq üçün dönüş anı olacaqmı, yaxud da vəziyyətin kəskinləşməsinə gətirib çıxaracaqmı, məlum deyil”, – məqalə müəllifləri bildirirlər.

“The Financial Times” nəşri hesab edir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Suriya müxalifətinə ən yeni silahların axınını aktivləşdirəcəklər.

“Amma bu məhdudlaşdırılmış effektə malik olacaq. Çünki Səudiyyə Ərəbistanı və onların müttəfiqləri çətin ki, zenit-raket sistemlərini ABŞ-ın razılığı olmadan müxalifət güclərinə verəcək”, – Barak Obama administrasiyasının Suriya müxalifəti üzrə keçmiş nümayəndəsi Frederik Xof deyib.

Təhlükəsizlik məsələləri üzrə türkiyəli analitik Mətin Qurkan hesab edir ki, Hələb Suriyada aktivləşmək və önəmli oyunçu olmaq üçün Türkiyənin son imkanıdır: “Əgər Türkiyə bu imkandan istifadə edə bilməyəcəksə, o halda oyundan çıxacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=53521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728