Türk əsgərindən PKK-ya ağır zərbə: Suriya bombalandı, PKK/PYD geri çəkildi
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Hələb bölgəsinin Azez rayonunda terror təşkilatı PYD/PKK hədəflərini “fırtına” mərmiləri ilə vurması nəticəsində 29 PYD-çı məhv edilib. Avropa.info xəbər verir ki, bu haqda Azad Suriya Ordusunun türkmən komandirlərindən olan Zəkəriyyə Qarslı Anadolu Agentliyinə deyib.
Zəkəriyyə Qarslı Minniğ hava limanı yaxınlığında 10, Maranaş kəndi ətrafında 12, Mereyemin kəndi ətrafında isə 7 nəfər olmaqla ümumilikdə 29 PYD terrorçisunun məhv edildiyini bildirib. ASO komandiri PYD-nin top atışları qarşısında geri çəkildiyini və Minniğ hava limanını , Maranaş kəndini boşaltdığını qeyd edib. Zəkəriyyə Qarslı top atəşinin hələ də davam etdiyini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=53558