Ermənistan ordusunun sirri ifşa oldu: düşməni öz TV-si satdı – FOTO

15.02.2016 - 02:28

rrErmənistan Müdafiə Nazirliyi işğal altındakı Azərbaycan ərazilərindəki qoşunlarının ön xəttində yeni müşahidə avadanlıqları qurub. Erməni KİV-ləri xəbər verir ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Qarabağa səfəri TV-lərin hazırladığı videoreportajda yeni müşahidə avadanlığı ötəri olsa da yer alıb.
Xəbərdə bildirilir ki, Ohanyan Ağdam rayonu ərazisində qoşunların təmas xəttində olub. Burada o, ön xətdən Azərbaycan Ordusunun mövqeləri istiqamətində müşahidələr aparıb. Videodan göründüyü qədər Ermənistan Ordusunun ön xətdəki müşahidə postlarında zirehli müşahidə qüllələri tətbiq edilib. Bu qüllələr bəlli bucaq altında fırlanır və kiçik pəncərədən ətrafı müşahidə etmək olur. ttQülləyə silah, həmçinin müşahidə və nəzarət məqsədi ilə müxtəlif cihazların qurulması üçün dayaqlar əlavə edilib. Heyəti qorumaq üçün qüllədə xüsusi dizayna malik pereskop qurulub.
Müşahidə qülləsinin fırlanması əllə yerinə yetirilir. Qüllənin qoruma səviyyəsi barədə detallı məlumat mövcud deyil.
Qeyd edək ki, bu qüllə hələ ötən ilin əvvəllərində Ermənistanın prezidenti Serj Sərkisyana nümayiş etdirilmişdi. Fotolardan göründüyü qədər qüllələrin müxtəlif nümunələri var.

Short URL: http://www.cumhuriyyet.net/?p=53587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728