Polis rəisi Facebook-da 3 status yazıb intihar etdi – FOTO

15.02.2016 - 15:42

akif-durakTürkiyədə polis rəisi toy günü ona bağışlanan tapança ilə xidməti otağında intihar edib.

Hadisə fevralın 14-də Adanda baş verib. İncirlik Polis Mərkəzinin polis rəisi, 41 yaşlı Akif Durak işə gəldikdən sonra uzun müddət otaqdan çıxmayıb. Narahat olan həmkarları onun otağına giriblər. Akif Durakı yaralı vəziyyətdə tapan polislər təcili yardım çağırıblar. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Akif Durakın dünyasını dəyişdiyini bildiriblər. Cəsəd analiz olunduqdan sonra yarılması üçün Anadolu Ədliyyə Tibb Qurumunun morquna aparılıb. Mərhum Mehmet Akif Durakın Feysbukda paylaşdıqları da diqqət çəkib. O, “Yaşayan ölülərə yas saxlanılmaz”,

“Özün üçün dön dünya, nə sən veciməsən, nə də sənin kimi dönənlər”, “Bəli, mən dəyişdim amma hamıya layiq olduğu dəyəri verəcək qədər dəyişdim” cümlələrini paylaşıb. Hadisə ilə bağlı istintaq davam edir. (Teleqraf.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=53740

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728