Davudoğlu Rusiyanı işğalçı adlandırdı: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Rusiyanın dəstəyi ilə baş verib”

15.02.2016 - 17:42

davudoglu-arsen (1)Ukraynada rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Kiyevdə həmkarı Arseni Yatsenyukla birlikdə mətbuat konfransı keçirib.
Ukrayna televiziyaları tərəfindən canlı yayımlanan mətbuat konfransında hər iki baş nazir Rusiyanın siyasətini kəskin tənqid edib. Ə. Davudoğlu Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb: “Hazırda Rusiya 3 ölkədə işğalçı durumundadır – Ukrayna, Gürcüstan və Suriya. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də Rusiyanın dəstəyi ilə baş verib”.
Ə. Davudoğlunun fikrincə, Rusiyanın Ukraynadakı əməllərinə beynəlxalq aləm lazımi reaksiyanı versəydi, Rusiya bəlkə də Suriyaya girməyə cəsarət etməzdi: “Bu gün Rusiyanın istər Ukraynaya qarşı yol verdiyi, istərsə də Suriyada ortaya qoyduğu aqressiv siyasətə qarşı Ukrayna ilə ortaq mövqedəyik. Ukrayna təkcə bizə qonşu olan ölkə deyil, həm də bizim strateji ortağımızdır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın ilhaqını rədd edir. Krım tatarların ana yurdudur. 1944-cü ildə zülmə məruz qalaraq torpaqlarından deportasiya edilən tatarların hüquqlarını müdafiə etməkdən məmnunluq duyuruq. Krım Ukraynanın bir hissəsidir”.
Ə. Davudoğlu Rusiya bombardmanları nəticəsində Suriyada çoxlu sayda qadın və uşaqların öldüyünü vurğulayıb. O, SSRİ-nin vaxtilə Əfqanıstanda üzləşdiyi aqibəti xatırladaraq, Rusiyanın da Suriyadakı aqibətinin buna bənzəyəcəyini söyləyib: “Rusiya rəhbərliyinə demək istəyirik ki, artıq Sovetlər İttifaqı dövrü bitib. Həm də 25 il əvvəl bitib. O dövrü təkrar canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr doğurmaz. Bu, rus xalqının da qəbul etmədiyi bir şeydir”.
APA

Short URL: http://www.cumhuriyyet.net/?p=53768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728