Türkiyə ordusu Ermənistan sərhədində

15.02.2016 - 22:30

turkesgeriSon günlər Türkiyə və Rusiya arasında münasibətlərin daha da kəskinləşməsi Ermənistanı təlaşa salıb. ANS-in məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutüryan bildirib.
Keçmiş nazir ölkənin müstəqilliyinin birinci günlərindən etibarən Türkiyənin Ermənistanla bağlı apardığı siyasətə diqqət yetirməyə çağırıb. “1990-cı illərdə Türkiyə Qarabağın qaytarılmasını tələb edərək bizim sərhədlərimizə öz ordusunu gətirdi. Türkiyə Ermənistanla sərhədi bağladı, bizim bu ölkə ilə diplomatik əlaqələrimiz dayandırıldı. Bu, öz növbəsində düşmənçiliyin təzahürüdür. Türkiyə Rusiya bazasının və Rusiya sərhədçilərinin ölkədən çıxardılmasını, Atom Elektrik Stansiyasının bağlanmasını tələb edirdi. Türkiyə hər şey edir ki, Ermənistan öz mövcudluğunu itirsin”, – deyə sabiq nazir qeyd edib. O, sözlərinə əlavə edib ki, Türkiyə yuxarıda sadalananların hamısını Rusiya ilə münasibətlərin gərginləşməsinə qədər edib.
Qeyd edək ki, Türkiyə ordusu Tansu Çillərin başçılıq etdiyi hökumətin vaxtında Ermənistanla sərhədə gətirilmişdi. O zaman Ermənistan Müdafiə Nazirliyinə Vaqarşak Arutünyan başçılıq edirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=53791

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728