Bəşər Əsəd: “Türkiyə və Səudiyyə Ərəbistanı öz ağalarının dediklərini söyləyirlər”
Suriyanın dövlət televiziyası ilə çıxış edən ölkə prezidenti Bəşər Əsəd sülhün bərqərar olması üçün zəruri iki şərti açıqlayıb.
Virtualaz.org «RİA Novosti» agentliyinin məlumatına istinadən xəbər verir ki, Bəşər Əsədin fikrincə, Suriyada sülhün bərqərar olması üçün terrorçuluqla mübarizə aparılmalı və lokal sülh sazişləri imzalanmalıdır.
«Terrorçuluqla mübarizə və (lokal) sülh sazişləri əminamanlığa və stabilliyə gətirəcək əsas şərtlərdir», – Suriya prezidenti belə deyib.
Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya hərbi müdaxilə qərarı həmin ölkələrin müstəqil qərarı deyil.
Əsəd həmçinin Suriyadakı müharibənin Suriyanın daxili işi olmadığını, burada bütün dünyanın və aryrı-ayrı ölkələrin maraqlarının toqquşduğunu dilə gətirib.
«Türkiyə və Səudiyyə Ərəbistanı vur-tut öz ağalarının dediklərini söyləyirlər. Hərbi müdaxilə qərarını da məhz o ağalar verir», – Bəşər Əsəd belə deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=53853