“Brent” nefti də 4 faiz bahalaşdı

16.02.2016 - 11:00

dollar6Dünya bazarında neft gün ərzində 1 dollardan artıq bahalaşıb.

APA TV-nin məlumatına görə, dünən səhər seanslarında 33,36 dollardan satılan “Brent” markalı neft bu gün ciddi dəyər qazanıb. Aprel ayının ikinci yarısı üçün bağlanan fyüçerslərdə “Brent” neftinin qiyməti 34,71 dollardan müəyyənləşib. Bu, dünənki qiymətdən 1,35 dollar bahadır.

Qərbi Texas nefti də həftəyə qiymət artımı ilə başlayıb. WTI neftinin bir bareli hazırda 30,73 dollardan satılır ki, bu da dünənki qiymətdən 1,36 dollar bahadır.

İki marka arasında 4 dollarlıq artım bu gün də qorunub. “Brent” neftinin bir gündə 4 faiz, WTI neftinin isə 4,8 faiz bahalaşmasının səbəbi gözləntilərlə bağlıdır. Neftin bahalaşmasına səbəb kimi OPEK üzvü olan ölkələrin neft hasilatını azaltmağa hazır olmasına dair xəbərlərin çoxalması göstərilir.

Ekspertlər neft bazarının hələ uzun müddət bu xəbərlərin təzyiqi altında olacağını təxmin edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=53858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728