Sanksiyalar “rus arağını” da vurdu
Rusiyanın qeyri-neft ixracatı 40% aşağı düşüb.
Ukrayna konflikti və nəticəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkəni ağır vəziyyətə salıb.
Ölkə.az xəbər verir ki, Rusiya ixracatında böyük paya sahib olan alkoqollu içkilərin xaricə satışında böyük geriləmə müşahidə olunub.
Məlumata görə, Rusiyadan Ukraynaya ixrac edilən arağın həcmi 2015-ci ildə 3 dəfə aşağı düşüb.
Statistikaya görə, Rusiyadan ən çox araq alan ölkələr, Britaniya, Almaniya və Latviya da rus arağından imtina edirlər. Rusiyanın alkoqollu içkilər istehsal edən şirkətlərinin ümumilikdə xaricə ixrac etdikləri arağın həcmi isə 40% aşağı düşüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=53861