“Putinlə təkcə mən danışa bilərəm”

16.02.2016 - 11:33

trampABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp Cənubi Karolina ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı Rusiyaya olan sevgisini etiraf edib.

Milyarder rəqibləri senatorlar Ted Kruz və Marko Rubiodan fərqli olaraq, prezident seçiləcəyi təqdirdə Rusiya ilə əlaqələr qura biləcəyini deyib.

“Kruz və Rubio Rusiya ilə əlaqələr qura bilməz. Mən Rubio ilə bir yerdə dayanmışam, o, hovuzdan yenicə çıxan adama bənzəyir. O, təzyiqə tab gətirə bilməz. Mən sadəcə bu insanların Vladimir Putinlə necə danışıqlar aparacağını düşünə bilmirəm.

Siz ölkə üçün sərfəli razılaşmalar istəyirsiniz? Siz Rusiya ilə saziş istəyirsiniz? Əgər Rusiya ilə yaxşı sazişlər istəyirsinizsə, onda Putinlə danışmaq lazımdır. Və baş verən axmaq hadisələrdən sonra Rusiya ilə yaxşı əlaqələrin yaradılmasında pis heç nə yoxdur”,- deyə Tramp qeyd edib.(azvision.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=53878

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728