Obama: “Suriyada baş verənlər mənimlə Putin arasında yarış deyil”
Ağ Evin rəhbəri bəyan edib ki, ABŞ-la Rusiyanın Suriyadakı fəaliyyəti bu iki ölkənin liderlərinin yarışı kimi qiymətləndirilməməlidir.
Virtualaz.org saytı “Bloomberg” agentliyinin müxbiri Coş Roginin sosial şəbəkədə yazdıqlarına istinadən xəbər verir ki, bunu Barak Obama ABŞ – ASEAN (Cənub-Şərqi Asiya dövlətlərinin assosiasiyası) sammitində deyib.
ABŞ prezidenti onu da əlavə edib ki, Suriyanın dağılma təhlükəsi koalisiya qüvvələrini əsas məqsəddən – İŞİD-lə mübarizədən yayındırmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=54060