Gürcüstan parlamentində Süleymanov – Petrosyan qarşıdurması (VİDEO)

17.02.2016 - 15:43

parlament-gurcustanGürcüstan parlamentinin bugünkü iclası qalmaqalla başlayıb.

Haqqın.az saytının Gürcüstan bürosundan verilən xəbər görə, iclasda çıxış etmiş, Axalkalakini təmsil edən deputat Samvel Petrosyan (“Gürcü arzusu” fraksiyası) AŞPA-dakı Gürcüstan nümayəndə heyətinə Robert Uolterin hazırladığı “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsini sözsüz dəstəklədiyinə görə iradlarını bildirib.

“Bununla biz Ermənistanla münasibətlərimizə xələl gətiririk”, – S.Petrosyan belə deyib.

Petrosyanın çıxışı müxalif “Vahid milli hərəkat”dan deputat olan Azər Süleymanovun qəzəbinə səbəb olub.

“Gürcüstan da Azərbaycan kimi ərazilərinin işğalından əziyyət çəkir. Məhz buna förə də, AŞPA-da bizim nümayəndə heyətinin Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı dəstəkləməsindən söhbət də gedə bilməzdi. İnanıram ki, gec-tez Azərbaycan da, Gürcüstan da öz ərazi bütövlüyünü bərpa edəcəklər”, – Süleymanov belə deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54170

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728