Ankarada güclü partlayış: 11 ölü – VİDEO

17.02.2016 - 21:58

rrTürkiyənin paytaxtı Ankara şəhərində güclü partlayış baş verib. Partlayışın Türkiyə Baş Qərargahının yaxınlığında baş verdiyi bildirilir. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub. Hədəfin hərbi konvoy olduğu bildirilir. Partlayışın kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Son məumatlara görə, hadisə yerində bomba yüklü bir avtomobilin partladıldığı istisna edilmir. İlkin məlumata görə, bir birinin ardınca üç partlayış səsi eşidilib. Hadisə zamanı 3 hərbi avtomobil yanıb. Ankara valisi Mehmet Kılıçlar hadisə nəticəsində 5 nəfərin öldüyünü, 10 nəfərin xəsarət aldığını bildirib. O, partlayışın bomba yüklü avtomobil vasitəsilə həyata keçirildiyini istisna etməyib.
O cümlədən, partlayış zamanı yaxınlıqdakı hərbi şəhərcikdəki evlərə də ciddi ziyan deyib.

***
Türkiyənin baş naziri Əhməd Davudoğlu hadisənin araşdırıldığını bildirib. Meşə və Su İşləri naziri Veysəl Eroğlu isə hadisəınin terror olduğunu qeyd edib.

***
Son məlumatlara görə, partlayış hərbçiləri daşıyan mülki avtobusun içində baş verib. Hadis yerində yanğın söndürülüb. Ankara valisinin açıqlamasına görə, ölənlərin sayı 11-ə çatıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=54216

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728