İsveçdə Türk Mədəniyyət Mərkəzinə bombalı hücum

18.02.2016 - 10:08

tmmİsveçin paytaxtı Stokholmda yerləşən Türk Mədəniyyət Mərkəzində bombalı terror aktı törədilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bombalı hücum zamanı Mədəniyyət Mərkəzi qapalı olub. Terror aktı nəticəsində bir nəfər yaralanıb, Mədəniyyət Mərkəzinə və ətraf binalara ziyan dəyib. Yaralı xəstəxanaya yerləşirilib.

Terror hücumu ötən gün Ankarada törədilən terror aktından təqribən 4 saat sonra reallaşdırılıb. Hələlik terror hücumunun kim tərəfindən törədildiyi məlum deyil. Hazırda İsveç polisi bu istiqamətdə araşdırma aparır.

Xatırladaq ki, 2015-ci ilin sentyabrında Stokholmda yerləşən “Bredeng” Türk Mədəniyyət Dərnəyinə də bombalı hücum reallaşdırılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=54278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728