4 dollarlıq smartfon – VİDEO
Hindistanın “Ringing Bells” şirkəti 251 rupiyə (4 dollar) yeni “Freedom 251” adlı smartfon təqdim edib.
Bu telefon dünyada ən ucuz smartfon hesab olunur.
“Freedom 251” 4 düymlü displeyə, 1.3 GHz tezlikli 4 nüvəli prosessora, 1 GB operativ yaddaşa və 1450 mAs gücündə batareyaya malikdir.
Smartfonun arxa kamerası 3.2, ön kamerası isə 0.3 meqapikseldir. Qacet Android Lollipop 5.1. əməliyyat sistemində çalışır.
Telefonun Hindistanda satışına fevralın 18-dən başlanacaq.
Trend
Short URL: http://www.cumhuriyyet.net/?p=54283