ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb

18.02.2016 - 10:36

steve-bullockABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan “Report”a verilən məlumata görə, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalını Anma Günü” olaraq tanımağa və yad etməyə cağırıb. Sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Qeyd edək ki, bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilən ilk sənəddir.
Bəyanatda S.Bulok bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada “Xocalını Anma Günü” olaraq elan edildiyi vurğulanır.

Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=54293

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728