“Rusiya Ankara terrorunu PYD-nin üstünə atacaq” – Politoloq rəyi

18.02.2016 - 12:27

pydTürkiyədə qanlı terror aktı zamanı 28 nəfərin öldüyü, 60-dan çox şəxsin yaralandığı deyilir.

Yaralılar arasında Türkiyə hərbi hava qüvvələrinin komandanlığında yüksək vəzifə tutan general da var. Terror aktı zamanı Türkiyə hərbi hava qüvvələrinin komandanlığında yüksək vəzifə tutan generalının olması ağıllarda suallar doğurur. Bəzi politoloqlar bu terrorda Ankara ilə gərgin münasibətlərinin olduğu Moskvanın əlinin olduğunu deyirlər.

Bununla bağlı politoloq Qabil Hüseyinli Ölkə.Az-a danışıb:

“Terror aktını həyata keçirən şəxsin kimliyini müəyyənləşdiriblər. Terror aktını törədənnin Suriya kürdü Salih Nəcib adlı bir şəxs olduğu müəyyənləşdirilib. O qaçqınlarla birlikdə Türkiyə ərazisinə keçib, sonra da ona bu partlayışı həyata keçirməsində naməlum şəxslər kömək ediblər. Saleh Nəcib PKK-nın Suriya qanadı olan PYD-nin üzvü olub. PYD isə Rusiyaya çox yaxın olan, rus silahı ilə təchiz edilən, Hələb ətrafındakı kəndləri Rusiya bombardımançı təyyarələrinin köməyi ilə istila edən bir terror qruplaşmasıdır. Bu nöqteyi-nəzərdən baş verən hadisələrdə hələ ki, bir ehtimal kimi PYD-yə yaxın olan Rusiyanın etməsini istisna etmək mümkün deyil.

Rusiya bəzən ən ağılsız hərəkətlərə belə gedir. Sonra da onun altından çox asanlıqla çıxır və iştirakını danır. Rusiya ona qarşı irəli sürülən iddiaları çox asanlıqla rədd edə bilər, çünki son dövrlərdə Türkiyə PYD-yə qarşı əməliyyatlar keçirir. Türkiyə ilə PYD arasında ciddi toqquşmalar var. Rusiya bu toqquşmaları bəhanə edərək, terrorun məhz PYD tərəfindən törədildiyini iddia edə bilər”.

Qeyd edək ki, Ankarada baş verən terror aktına görə Türkiyə prezidentinin Azərbaycan səfəri təxirə salınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=54337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728