Ankara terrorunu kim törədib? – YENİ İDDİA

18.02.2016 - 13:14

terror“Daha əvvəllər belə bir hücumla qarşılaşmadıq. Daha əvvəl kamikadze hücumları olsa da, bunlar avtomobillərlə həyata keçirilməmişdi. Bu tipli hücumla ilk dəfə qarşılaşırıq”.

Publika.az xəbər verir ki, bunu dünən Ankarada törədilən terror aktını şərh edən keçmiş kəşfiyyat rəhbəri Mətin Gurcan deyib.

Təhlükəsizlik üzrə mütəxəssisin fikrincə, kamikadze hücumun həyata keçirilməsi forması terror aktının arxasında İŞİD-in olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Türkiyənin kütləvi informasiya vasitələrində dünən axşam Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb. Partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri YPG-nin üzvü, Suriya vətəndaşı, 1992-ci il təvəllüdlü Salih Necar olduğu bildirilir.

Avtomobildə özünü partlatmış terrorçunun kimliyi hadisə yerindən tapılan cəsəd hissələrinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.

Terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=54356

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728