Qardian: “Terror Davudoğluna xatırladacaq ki…”
Britaniyanın nüfuzlu “Qardian” qəzeti Ankara terrorundan yazıb.
Axar.az xəbər verir ki, məqalədə hərbi avtomobillərə hücumun yalnız PKK tərəfindən törədilə biləcəyi qeyd edilib:
“Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur. Digər tərəfdən, təşkilat sistemli olaraq əsgərləri hədəfə alır. Hücumun arxasından PKK çıxarsa, bu, ötən ilin iyulunda atəşkəsin pozulmasından sonra kürd bölgələrində baş verən hərbi əməliyyatlar və həbslərə birbaşa cavab olaraq qiymətləndiriləcək. Hadisəni PKK törədibsə, bu, Baş nazir Əhməd Davudoğluna 40 ildə təxminən 40 min adamın həyatı bahasına başa gələn döyüşün sona çatmaqdan hələ çox uzaq olduğunu xatırladacaq”.
Xatırladaq ki, ötən gün Ankarada baş verən teraktda 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb. Terrorçu kamikadzenin suriyalı gənc olduğu aşkarlansa da, onun hansı terror qruplaşmasına aid olduğu hələlik bəlli deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=54358