Neftin qiymətinin yüksəlməsi Rusiya rublunu möhkəmləndirdi
Dünya bazarında neftin qiymətinin yüksəlməsi ixracatının əhəmiyyətli hissəsini “qara qızıl”ın təşkil etdiyi Rusiyada rublun məzənnəsini möhkəmləndirib.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya Mərkəzi Bankı bu gün xarici valyutaların rəsmi məzənnələrini aşağı salıb. Belə ki, rəsmi dolların məzənnəsi 2,39 rubl azalaraq 75,46 rubl səviyyəsində müəyyənləşdirilib. Avronun məzənnəsi isə 2,91 rubl azalıb və 84,05 rubl təşkil edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=54374