ABŞ prezidentliyinə ən real namizədlər Tramp və Klintondur

18.02.2016 - 15:18

tramp-klinton“Ipsos” kompaniyasının keçirdiyi sosioloji sorğuya əsasən, ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika Partiyasından olan namizəd Milyarder Donald Tramp öz rəqiblərini inamla qabaqlamaqda davam edir.

Virtualaz.org “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, şənbə günü Şimali Karolinada keçiriləcək praymeriz ərəfəsində respondentlərin 40 faizi Donald Trampı dəstəklədiyini bildirib. Onun yaxın rəqibi Ted Kruz 17, Mark Rubio və Ben Karson 11, Ceb Buş isə cəmi 8 faiz səs toplaya biliblər.

Sorğunun nəticəsinə görə, Demokratiya Partiyasından namizədliyə iddialı keçmiş dövlət katibi Hillari Klinton rəqibi senator Berni Sandersi 10 faiz geridə qoyub. Xatırladaq ki, xanım Klinton bundan əvvəl Nyu-Hempşirdə keçirilən praymerizdə Sandersə məğlub olmuşdu.

Tramp və Klintonun namizəd olacağı təqdirdə seçkilərdə kimin qalib gələcəyi sualının cavabında isə respondentlərin 44 faizi Klintonun, 37 faizi isə Trampın lehinə səs verib.

Sorğu Respublika Partiyasının 476, Demokratiya Partiyasının isə 543 üzvü arasında keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54387

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728