Ərdoğan: “Törədilən terrorun bir ucunun xaricdə olduğu istisna deyil”

18.02.2016 - 16:17

erdoqan“Zəncir sökülməyə başlayıb. 14 nəfər tutulub. Mənim qənatimə görə, onların sayı 14-dən çoxdur.Çünki bu cinayətin bir ucunun xaricdə olduğu istisna deyil”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənın prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 17-də Ankarada törədilən terrorla bağlı Silahlı Qüvvələrin Baş Qərargahındakı çıxışında bildirib.

“Son zamanlar Türkiyədə keçirdiyimiz antiterror əməliyyatları nəticəsinin verməkdədir.
“İstər PKK, istərsə də “PYD” (terrorçu PKK-nın Suriyadakı qolu – “Report”) bu terrorda əlaqələrinin olmadığın söyləsələr də Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarının əldə etdiyi məlumatlara əsasən, cinayəti onların törətdiyi aşkarlanıb”, – Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=54413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728