Daha bir ulduz futbolçu Çin klubunda

18.02.2016 - 16:42

obafamiABŞ-ın “Sietl Saunders” klubundan ayrılan Obafami Martinsin yeni komandası müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, nigeriyalı futbolçu Çinin “Şanxay Şehua” klubuna transfer olunub.

Transferi ilə bağlı danışan Martins bunları deyib: “Sietl Saunders”dən gözəl xatirələrlə ayrıldım. Yaxşı və pis günlərimdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. İndi yeni macəra zamanıdır. Çinin “Şanxay Şenhua” klubunun təklifini qəbul etmək qərarı verdim”.

Qeyd edək ki, Avropada daha öncə “İnter”, “Nyukasl”, “Volfsburq” və “Rubin” kimi klublarda çıxış edən 31 yaşlı futbolçu “Sietl Saunders”in heyətində keçirdiyi 72 oyunda 40 qol vurub və 23 məhsuldar ötürmə verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728