Müğənni polisləri hədələdi: “Sizi sürgün etdirərəm”
Müğənni Hatice sərxoş halda avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Etilerdə polis yoxlamaları zamanı ifaçı əvvəlcə alkoqolmetrə üfürmək istəməyib. Yol polisinin təkidi ilə cihaza üfürən Haticenin 75 promill sərxoş olduğu üzə çıxıb. Sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınan Hatice polisə hədə-qorxu gəlməyə başlayıb.
O, “Siz mənim kim olduğumu bilirsiniz? Sizi sürgün etdirərəm. Pulunuz qurtarıb ki, vəsiqələrimizə əl qoyursunuz?” deyərək hay-küy salıb. Hatice daha sonra rəfiqəsini çağıraraq onun avtomobili ilə evə qayıdıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=54497