Rusiyadan III Dünya müharibəsi açıqlaması: “Türkiyə və Rusiya arasında…”
“Suriyadakı böhran III Dünya müharibəsinə gətirib çıxarmayacaq”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.
“Türkiyə və Rusiya arasında genişmiqyaslı qarşıdurmanın baş verməyəcəyinə inanırıq”, – rusiyalı diplomat bildirib.
Çurkinin sözlərinə görə, ABŞ Suriya lideri Bəşər Əsədin vəzifəsindən getməsi mövzusunda yumşalıb. O, Əsədin bəyanatlarının da Rusiyanın Suriya böhranında göstərdiyi diplomatik səylərə uyğun gəlmədiyini söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=54536