MİT Ankarada terror aktı törədiləcəyini əvvəldən bilirmiş – ŞOK İDDİA

19.02.2016 - 11:04

mitTürkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Ankara və digər böyük şəhərlərdə ağır terror aktı planlaşdırıldığı barədə hələ 1,5 il əvvəl ölkənin polis və xüsusi xidmət orqanlarını xəbərdar edib.

Publika.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı sensasion məlumat yayıb.

Məlumata görə, MİT 1,5 il öncə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə PKK terror təşkilatının kamikadzeləri tərəfindən təxribat və terror aktları hazırlanması barədə məlumat əldə etdiklərini hökumətə bildirib. Hətta bu cür xəbərdarlıqlar bir neçə dəfə olub.

Sonuncu dəfə 2016-cı il yanvarın 7-də Türkiyə Prezident Administrasiyası, Baş nazirlik, Baş Qərargah Rəisliyi başda olmaqla, bir sıra qurumlara terror planlaşdırılması barədə xəbərdarlıq məlumatı verilib.

MİT-in 1,5 il öncə əldə etdiyi məlumata görə, PKK Türkiyənin hərbi vəzifə daşıyan şəxslərinə qanlı terror hücumu planlaşdırırmış. Ona görə də MİT terror aktı törədilməsi ehtimalı böyük olan Ankaranın Kızılaydakı hərbi hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tövsiyə edib. Bundan sonra da həmin bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54538

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728