Rusiyadan Türkiyəni erməni terrorçuları ilə hədələdilər

20.02.2016 - 00:26

rrRusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəni böyük terror dalğası ilə hədələyib. ANS PRESS-in məlumatına görə, “Rossiya 1” telekanalının “Poyedinok” (Qarşıdurma) verilişində çıxış edən Vladimir Jirinovski Türkiyə ordusunun Suriyaya girəcəyi təqdirdə Rusiyanın atacağı addımlardan danışıb. Onun sözlərinə görə, Türkiyə şəhərlərinə kürd və erməni terrorçularının dəstəyi ilə terror hücumları ediləcək:
“Həmin andan bütün Türkiyədə terror hücumları başlayacaq. Hökumət binaları yanacaq, hərbi düşərgələr havaya uçacaq”.
Rusiyalı siyasətçi dünən Ankarada baş vermiş partlayışı məşq adlandırıb: “Dünən məşq idi, sabah bütün Türkiyə yanacaq”,- deyə Vladimir Jirinovski fevralın 17-si axşam saatlarında Ankarada baş vermiş qanlı terror aktından danışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=54669

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728